Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uydurma “1915-ci il erməni soyqırımından” Xocalı faciəsinədək:100 ilin yalanları və faciələri

Bakı, 23 aprel, Əsəd Məmmədov, AZƏRTAC

Aprelin 23-də “Uydurma “1915-ci il erməni soyqırımından” Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçirilib. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, azərbaycanlı və türkiyəli tarixçi alimlər iştirak ediblər.

YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ermənilər artıq neçə illərdir “qondarma soyqırımı” haqqında dünyaya yalan məlumatlar yayırlar. Bu məlumatlar heç bir tarixi sənədə əsaslanmır və heç vaxt həqiqət kimi qəbul edilə bilməz. Bu gün dünya özü də ermənilərin bu yalanlarını açıq şəkildə görür.

Erməni yalanlarının yayılmasının qarşısının alınması və ifşa olunması üçün həm Azərbaycan, həm də Türkiyədə mühüm işlərin görüldüyünü deyən M.Qurbanlı bu məsələdə ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatdı. Bildirdi ki, Ümummilli Lider əsl həqiqətlərin aşkara çıxarılması məqsədi ilə “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərman imzalayıb. Azərbaycanlı alimlər ermənilərin həmvətənlərimizə qarşı törətdikləri soyqırımının ifşa olunması istiqamətində bir çox araşdırmalar aparıblar. Alimlərimizin apardıqları araşdırmalar nəticəsində bütün dünyaya məlum oldu ki, guya “soyqırımı”na məruz qaldıqlarını iddia edən ermənilər əslində azərbaycanlılara qarşı ötən əsrdə dəfələrlə amansız soyqırımları törədiblər, xalqımızın əmlakını talan ediblər. Ermənilərin törətdikləri qanlı cinayətlər artıq üzə çıxıb. Türkiyə tərəfi beynəlxalq aləmdə bu məsələ ilə bağlı öz mövqeyini bildirib, arxivlərini açıb. Əgər ermənilərdə də bu məsələ ilə bağlı hansısa sənəd varsa, ortaya çıxarmalıdırlar. YAP icra katibinin müavini deyib: “Təəssüflər olsun ki, Qərb dairələri Türkiyəyə təzyiq göstərmək üçün bu yalanlardan istifadə edirlər. Kimlərsə 100 il əvvələ qayıtmaqdansa, Qarabağda, Xocalıda törədilən qanlı faciələrə nəzər salmalıdırlar. Kimlərsə uydurma “soyqırımı” ilə bağlı yalanları qəbul edirlərsə, onlar tarixi təhrif edirlər”.

Sonra AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçısı Vasif Qafarov, Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhan, Dumlupınar Universitetinin professoru Abdullah İlgazi, İstanbul Universitetinin professoru Xəlil Bal, AMEA-nın Tarix İnstitutunun baş elmi işçısı İlqar Niftəliyev, Fırat Universitetinin professoru Osman Umar erməni yalanlarını faktlarla açıb göstərən məruzələrlə çıxış ediblər. Bildirilib ki, arxiv sənədlərinə baxıldıqda uydurma “erməni soyqırımı”nın heç bir tarixi fakta söykənmədiyi açıq-aşkar görünür. Həmin vaxtı əli silah tutan hər bir türk övladı Çanaqqala döyüşündə Vətənini müdafiə edirdi. Çanaqqala döyüşündə türk əsgərləri yaralı düşmənə belə yardım göstərməklə dünyaya müharibələr tarixində görünməyən insanlıq dərsi keçiblər. Çıxışlarda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətindən və törətdikləri qanlı terror aktlarından da danışılıb.

Məruzələrdən sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun aprelin 24-nün Türkiyə tarixinə qarşı bir qarayaxma günü olduğunu bildirib. Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söhbət açaraq deyib ki, həmin savaşda Azərbaycan və türk oğulları birlikdə döyüşüb və şanlı tarix yazıblar. Diplomat Türkiyənin Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində bütün dünyaya bir sülh mesajı verdiyini qeyd edib.

Səfir ermənilərin qondarma “soyqırımı” iddiaları ilə bağlı arxiv sənədlərinə baxılmasının, kompleks araşdırmaların aparılmasının vacibliyini bildirib: “Görünür ki, məqsəd həqiqətin öyrənilməsi deyil. Bir sıra dövlətlər, təşkilatlar tarixdən siyasi alət kimi istifadə etməyə çalışırlar”.

Konfransın önəmini qeyd edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu cür tədbirlərin silsilə xarakteri almasının vacibliyini vurğulayıb. Erməni yalanları bütün yerli və beynəlxalq təşkilatlarda mütəmadi surətdə qaldırılmalı və tarixi faktlarla ifşa olunmalıdır. Diaspor təşkilatları da bu işdə mühüm rol oynaya bilərlər. Deputat bu məsələnin bir sıra dövlətlər tərəfindən gündəmə gətirilməsinin bir başa Türkiyənin inkişafı və artan nüfuzu ilə bağlı olduğunu söyləyib: Dünyanın bəzi dövlətləri Türkiyənin güclənməsindən narahatdırlar və buna görə də uydurma erməni iddialarından istifadə edirlər.

Milli Məclis sədrinin müavini Bahar Muradova ermənilərin dünyanı qondarma “soyqırımı” ilə bağlı əsassız iddialara inandırmaq cəhdlərinin qarşısını almaq üçün birgə səylərin daha da gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib: Biz daha məqsədyönlü, qlobal, ardıcıl hədəflər istiqamətində çalışmalıyıq. Sədr müavini bu gün Türkiyənin və Azərbaycanın dünyada önəmli mövqeyə sahib olduqlarını bildirərək diqqətə çatdırıb ki, bu mövqeyi birgə gündəlik işlə daha möhkəmləndirmək qarşıda duran əsas hədəflərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq