ÜZƏRİNDƏ AZƏRBAYCANIN MİLLİ RƏMZLƏRİ OLAN MALLARI İNTERNET SAYTINDA ALMAQ MÜMKÜN OLACAQDIR
AZƏRTAC xəbər verir ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) xüsusi online-mağaza təşkil etmişdir. Mağaza http://store.usazeris.org ünvanında qeydə alınmışdır.
Bu mağazada təklif edilən malların üzərində USAN-ın emblemi, Azərbaycanın dövlət gerbinin və dövlət bayrağının təsvirləri verilir. Alıcılara kepkalar, qısaqol köynəklər, fincanlar, əl çantaları və s. təklif edilir.
Üzərində milli emblemlər olan bu əşyalardan suvenir kimi də istifadə etmək olar.
Malların satışından əldə edilən gəlir ABŞ-dakı Azərbaycan diasporunun büdcəsinə daxil olacaq və müxtəlif siyasi aksiyaların keçirilməsinə xərclənəcəkdir. Bununla əlaqədar USAN diaspor üzvlərini, eləcə də bütün dostlarını həmin malları almağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]