Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert
Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Üzeyir Hacıbəylinin və Azərbaycan bəstəkarlarının mahnı irsi” adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.
Azərbaycan Televiziya və Radiosunun T.Əhmədov adına estrada-simfonik orkestrinin müşayiəti ilə reallaşan konsertdə respublikanın tanınmış ifaçıları bir-birindən parlaq mahnılar səsləndiriblər.
Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.