Vaqif Sadıqov: Komandalarımızın hər birinin şansı yüksəkdir
Bakı, 17 avqust, AZƏRTAC
Bu gün cavab oyunlarına çıxacaq komandalarımızın hər birinin şansı yüksəkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib. Futbol mütəxəssisi bu gün cavab qarşılaşmalarına çıxacaq hər üç komandamızın şanslarını dəyərləndirib: “Bir çoxları “Neftçi”nin “Beşiktaş”a məğlub olmasını əsas tutaraq bu matçda da qələbə qazanmayacağını zənn edə bilərlər. Lakin futbolda hər şey mümkündür. Bu səbəbdən inanırıq ki, “Neftçi” səfərdə yaxşı mübarizə göstərərək azarkeşlərini sevindirəcək”.
64 yaşlı mütəxəssis HİK-“Qarabağ” matçı ilə bağlı da fikirlərini bildirib: “Komandamız Bakıda keçirilən qarşılaşmada 2:1 hesabla qələbə qazanıb. Lakin “Qarabağ” klubunun oyun üslubu fərqlidir. Bu baxımdan fikrimcə, “Qarabağ” səfər oyununda qələbə qazanaraq pley-off mərhələsinə vəsiqə qazanacaq. Ümumilikdə “Qarabağ” qruplara düşmək baxımından çox şanslıdır”.
Vaqif Sadıqov “Sabah” komandasının elə birinci oyundan ilklərə imza atdığını vurğulayıb: “Kənardan ev oyununda 2:0 qələbə qazanmaq asan görünə bilər. Lakin heç də belə deyil. Səfər oyununun çox da rahat keçəcəyinə ümid etmirəm. Ancaq çox inanırıq ki, “Sabah” bu gün qələbə qazanacaq. Ümumilikdə isə hər bir komandamıza uğurlar arzu edirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]