Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqton Bəyannaməsi: Azərbaycanın diplomatik zəfəri və Cənubi Qafqazda yeni geosiyasi mərhələ ŞƏRH

Vaşinqton Bəyannaməsi: Azərbaycanın diplomatik zəfəri və Cənubi Qafqazda yeni geosiyasi mərhələ  ŞƏRH

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da imzaladığı sənəd regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasını müəyyənləşdirir. Avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdir davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi tarixə düşdü. Sənəd həm diplomatik mətn, həm də siyasi siqnal olaraq, tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiqləyir.

Bunu AZƏRTAC-a açıqlamasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri, yazıçı-publisist Lamiyə İsazadə deyib.

O qeyd edib ki, Bəyannamənin ilk bəndində iki dövlət arasında sülh sazişinin ilkin imzalanması və onun tezliklə yekunlaşması ilə bağlı razılıq diqqət çəkir. Bu, illərlə davam edən danışıqların real sənəd forması alması deməkdir. Paralel olaraq, ATƏT-in Minsk Prosesi və ona bağlı mexanizmlərin ləğv edilməsi ilə bağlı birgə müraciət, Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə formal olaraq bağlandığını göstərir. Bu addım, münaqişəni üçüncü tərəflərin gələcəkdə yenidən gündəmə gətirməsi imkanlarını minimuma endirir.

Sənəddə yer alan nəqliyyat əlaqələrinin açılması və dövlətlərin suverenliyinə hörmət prinsipi əsasında “maneəsiz” əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün bu, Naxçıvanla quru yolunun bərpası, Ermənistan üçün isə beynəlxalq ticarət marşrutlarına çıxış imkanının genişlənməsi deməkdir. Xüsusilə “Tramp Rifah və Sülh Marşrutu” (TRIPP) layihəsi, təkcə siyasi simvol deyil, həm də iqtisadi-logistik perspektivləri ilə diqqət çəkir. ABŞ-ın burada tərəfdaş və investisiya mərkəzi kimi rolu, layihəyə geosiyasi dəyər qatır.

Bəyannamənin 5-ci bəndində yer alan “qisasçılıq cəhdlərinin tamamilə rədd edilməsi” müddəası tərəflərin gələcəkdə silahlı toqquşmalara qapını bağlamaq niyyətini açıq şəkildə göstərir. Bu, eyni zamanda, daxili auditoriyalara verilən aydın siqnaldır ki, münaqişə səhifəsi artıq bağlanıb və yenidən açılmayacaq. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin vurğulanması, Alma-Ata Bəyannaməsi ilə möhkəmləndirilən hüquqi baza üzərində region üçün yeni təhlükəsizlik konsepsiyasının formalaşmasına zəmin yaradır.

“Eyni zamanda, Vaşinqtonda imzalanan Birgə Bəyannamə 2020-ci il noyabrın 10-da Rusiya Prezidenti V.Putinin iştirakı ilə imzalanmış üçtərəfli Bəyanatın siyasi ömrünü də, faktiki olaraq başa çatdırdı. 10 noyabr Bəyanatı müharibəni dayandırmaq üçün zəruri olsa da, onun maddələrinin icrasında ciddi boşluqlar qalmışdı. Vaşinqton sənədi isə yeni reallıqlar fonunda Azərbaycanın bütün tələblərini əks etdirərək prosesə yekun nöqtə qoydu. Vaşinqton Bəyannaməsinin ən mühüm geosiyasi nəticələrindən biri Rusiya tərəfindən illərdir qorunan “postsovet məkanı” anlayışının real məzmununun dağıdılması oldu. İki əsr ərzində Avrasiyada mövcud olan, Moskvanın regional hegemonluğunu legitimləşdirmək üçün istifadə etdiyi bu konsepsiya ilk dəfə ciddi şəkildə beynəlxalq sənəddə əhəmiyyətsizləşdirildi.

ABŞ Prezidenti Donald Trampın diplomatik iradəsi və dövlətimizin başçısı İlham Əliyevin siyasi çəkisi nəticəsində Rusiya Qafqazda vasitəçilik missiyasından kənarlaşdırıldı. Bu, yalnız Azərbaycan-Ermənistan prosesində deyil, bütövlükdə Avrasiya regionunda geosiyasi xəritənin yenidən çəkilməsi deməkdir.

Vətən müharibəsində “Müzəffər Ali Baş Komandan” kimi tarixə düşən Prezident İlham Əliyev bu dəfə “Müzəffər Ali Baş Diplomat” titulunu qazandı. Vaşinqtonda imzalanan Bəyannamə Azərbaycanın diplomatik meydanda qazandığı ən mühüm uğurlardan biridir. Bu uğurun əsasında Qarabağ üzərində suverenliyin tam bərpası, yeni geosiyasi reallıqların yaradılması və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır. Prezident İlham Əliyevin Vaşinqtondakı çıxışı bir daha göstərdi ki, Azərbaycanın mövqeyi dəyişməzdir: ədalətli sülh, bərabərhüquqlu münasibətlər və qarşılıqlı hörmət! Bu sözlər, sadəcə, diplomatik protokol ifadələri deyil, həm də xalqın illərlə gözlədiyi ümidin təcəssümüdür”, - deyə L.İsazadə qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton sənədi dövlətimizin növbəti qələbəsidir, çünki Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul edib. Bu isə o deməkdir ki, yekun sülh sazişi artıq zaman məsələsidir və proses yalnız Ermənistanda keçiriləcək konstitusiya referendumu ilə bağlıdır. Vaşinqton sənədinə “Tramp yolu” ifadəsinin salınması ilə bu marşrut beynəlxalq diplomatik leksikona rəsmən daxil oldu. Əvvəllər Rusiya nəinki “Zəngəzur dəhlizi” ifadəsini sənədlərə salmaq istəməmiş, hətta buna mane olmuşdu. İndi isə bu yolun beynəlxalq səviyyədə tanınması Azərbaycanın strateji məqsədlərinə yeni imkanlar açır. Bununla belə, Azərbaycan diplomatiyasının qarşısında növbəti vəzifə “Zəngəzur dəhlizi” ifadəsini də rəsmi beynəlxalq sənədlərə daxil etdirməkdir. Bu, tarixi ədalətsizliyə etirazın simvolu və milli mövqeyin təsdiqi olacaq.

Lamiyə İsazadənin fikrincə, Vaşinqton görüşü yalnız Cənubi Qafqaz üçün deyil, bütövlükdə dünya siyasəti üçün yeni mərhələnin başlanğıcını qoydu. ABŞ, Avropa İttifaqı və region ölkələrinin razılığı ilə formalaşan bu yeni reallıq, Azərbaycanın yalnız hərbi deyil, diplomatik gücünün də təsdiqidir. Bu, kiçik bir dövlətin böyük güclər masasında öz maraqlarını qorumaq bacarığının ən parlaq nümunəsidir.

“2025-ci il avqustun 8-i Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörənliyi və diplomatik ustalığı sayəsində Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı kimi yadda qalacaq. Bu mərhələ, təkcə Zəngəzurdan Naxçıvana uzanan bir yolun açılması deyil, həm də Qafqazdan başlayan yeni dünya düzəninə atılmış mühüm addımdır. Vaşinqton Bəyannaməsi Cənubi Qafqaz üçün yalnız diplomatik sənəd deyil, həm də siyasi yol xəritəsidir. Onun uğuru, tərəflərin verdiyi öhdəliklərə sadiqliyindən, regional güclərin destruktiv təsirlərinə qarşı dura bilməsindən və beynəlxalq dəstəyin davamlılığından asılı olacaq. Azərbaycan üçün bu sənəd dövlətin diplomatik mövqeyinin gücünü və regional liderlik statusunu bir daha təsdiqləyir”, - deyə QHT sədri vurğulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib