Vaşinqtonda Azərbaycanın qədim mədəniyyətinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 11 iyun (AZƏRTAC). ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun təşkilati dəstəyi ilə Vaşinqtonda Azərbaycanın qədim mədəniyyətinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan muğamı səslənmiş, milli rəqslər ifa edilmiş, xalça məmulatları nümayiş etdirilmişdir.
Xatırladaq ki, ABŞ-da Qarabağ Fondu 2009-cu ilin noyabr ayında yaradılmışdır. Fond qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna malikdir. Fondun məqsədi Azərbaycanı, onun Qarabağ regionunu, bütövlükdə Qafqazı populyarlaşdırmaq, Azərbaycan mədəniyyətini və musiqisini ABŞ-da təbliğ etməkdir. Bu məqsədlə Fond müxtəlif sərgilər, forumlar təşkil edir, kitablar buraxır, sosial təyinatlı və mübadilə xarakterli proqramlar həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]