Vatikanda Roma Papası ilə vida mərasimi keçirilir
Bakı, 24 aprel, AZƏRTAC
Dünyanın hər yerindən minlərlə dindar Papa Fransiskə son ehtiramını bildirmək üçün Müqəddəs Pyotr Bazilikasına axışır.
AZƏRTAC xəbər verir ki, Vatikan mətbuatının məlumatına görə, şənbə günü olacaq dəfn mərasimi ərəfəsində mərhum Papaya ehtiramını bildirmək üçün 50 minə yaxın insan bazilikaya toplaşıb.
İnsanların sayını nəzərə alaraq, əvvəlcə gecə yarısı bağlanması planlaşdırılan kilsə səhər saat 5:30-a qədər (03: 30 GMT) açıq saxlanılıb, səhər saat 7-də isə yenidən açılıb.
Bazar ertəsi Vatikanın Santa Marta qonaq evindəki otaqlarında insult keçirərək dünyasını dəyişən 88 yaşlı Papanın cənazəsi çərşənbə günü təntənəli şəkildə Müqəddəs Pyotr Bazilikasına gətirilib.
Papa Fransisk 2013-cü ildə Vatikanda Müqəddəs Taxt-Taca yüksəlib. O, dünyanın müxtəlif yerlərinə 30-dan çox missioner səfəri edib, burada sadə insanlarla şəxsən ünsiyyətdə olub və qəbulların hədsiz təmtəraq və xüsusi təhlükəsizlik tədbirləri olmadan keçirilməsini tələb edib.
Şənbə günü Müqəddəs Pyotr meydanında keçiriləcək dəfn mərasiminə 170-dən çox nümayəndə heyətinin, o cümlədən dövlət və hökumət başçılarının qatılacağı, bütün dünyada isə onu milyonlarla insanın televiziya vasitəsilə izləyəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]