Vergilər nazirinin müavini Qusarda vətəndaşlarla görüşüb
Bakı, 25 may, AZƏRTAC
Vergilər nazirinin müavini Sahib Ələkbərov Qusar rayonundakı Vergi ödəyicilərinə xidmət mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbulda vergiödəyicilərinin öz fəaliyyətlərini şəffaf şəkildə qurmalarına mane olan amillər, vergilərin hesablanması, ödənilməsi, e-qaimələrin tətbiqi, vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotu, eləcə də vergi inzibatçılığı sahəsində qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.
Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [17:55]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:41]