Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
Masallı, 2 dekabr, İlkin Adıyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsinin şəhidi, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Ramazan Vəliyevin anım günündə məzarını ziyarət edib, önünə tər güllər düzüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin əziz xatirəsi yad edilib, ailəsinin qayğıları ilə maraqlanıblar. Tarixi qələbənin əldə olunmasında canından keçmiş bütün qəhrəman oğullarımızın xatirəsinin daim yaşayacağı xüsusi vurğulanıb. Şəhid Ramazan Vəliyevin timsalında qəhrəman oğullarımızın şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, vətənpərvər igidləri ilə fəxr etdiyi vurğulanıb.
Şəhidin ailəsi göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.