“VƏTƏN SƏRHƏDDƏN BAŞLANIR” MÖVZUSUNDA KEÇİRİLƏN MÜSABİQƏYƏ YEKUN VURULMUŞDUR
DSX rəisinin müavini, general-mayor İlham Mehdiyev bildirmişdir ki, “Vətən sərhəddən başlanır” müsabiqəsi 9 nominasiyada keçirilmişdir. O, vurğulamışdır ki, yaradıcılıqla məşğul olan insanlar müsabiqəyə böyük maraq göstərmişlər.
Rəssamlar İttifaqının sədri, münsiflər heyətinin rəhbəri Fərhad Xəlilov məlumat vermişdir ki, müsabiqəyə bədii ədəbiyyat üzrə 48, musiqi yaradıcılığı üzrə 15, peşəkarlar arasında təsviri sənət üzrə 17, kino sənəti üzrə 3, həvəskarlar arasında təsviri sənət üzrə 180, əl işləri üzrə 22, sərhədyanı kənd ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazısı üzrə yüzlərlə iş təqdim olunmuşdur. Ümumiyyətlə, müsabiqədə 12 yaşlı məktəblidən 70 yaşlı təqaüdçüyədək 600-dən çox adam iştirak etmişdir.
İlham Mehdiyev qaliblərə mükafatlar və qiymətli hədiyyələr təqdim etmişdir. Tədbir bədii proqramla davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]