Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızı unutmayaq, unutdurmayaq!
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycanın tarixinə əbədi həkk olunmuş bir gündür. Bu fikirləri AZƏRTAC-a müsahibəsində yanvarın 20-də övladları ilə Şəhidlər xiyabanına ziyarətə gələn Sveta Rüstəmova deyib. O bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən öz müstəqilliyinə, azadlığına qovuşmaq istəyən yüzlərlə günahsız insan - qadın, qoca və uşaq vəhşicəsinə qətlə yetirilib. Azərbaycanın vətənpərvər övladları özlərini tankın, zirehli maşınların qarşısına ataraq, şəhidlik zirvəsinə ucalıblar. Həmin hadisələr yaddaşımızda daim qalacaq. İllər ötsə də, xalqımız azadlıq mücahidlərini heç vaxt unutmayacaq.
“Biz çalışmalıyıq ki, gələcək nəsillərə tariximiz haqqında ətraflı məlumat verək. Nəinki 20 Yanvar şəhidlərini, eyni zamanda, Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızı unutmayaq, unutdurmayaq!”, - deyə Sveta Rüstəmova qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]