“Vilnüs-Bakı: mədəniyyətlərin dialoqu” layihəsinə daha çox maliyyə vəsaiti yatırılacaqdır
Vilnüs, 13 iyun (AZƏRTAC). Litva Mədəniyyət Nazirliyi milli azlıqların layihələri üçün nəzərdə tutulmuş vəsaiti bölüşdürmüşdür. 12 500 lit məbləğində ən böyük (1 avro=3,45 lt) vəsaiti Litvanın ən azsaylı icmalarından biri sayılan Azərbaycan icmasının “Vilnüs-Bakı: mədəniyyətlərin dialoqu” layihəsi almışdır. Bundan əlavə, Azərbaycanın etnik mədəniyyətinin qorunub saxlamasına və təbliğinə görə ona daha 5500 lit vəsait ayrılmışdır.
Litva Mədəniyyət Nazirliyi bu il milli azlıqların layihələrinə ümumən 270 min lit ayırmışdır. Digər milli azlıqların hər birinin layihələrinə orta hesabla 3000-5000 lit yönəldilmişdir.
Vəsaitin bölüşdürülməsi ilə Mədəniyyət Nazirliyi yanında yaradılmış xüsusi komissiya məşğul olur. Baş nazirin müavini Deyvidas Staponkusun başçılıq etdiyi komissiyaya, həmçinin milli azlıqların nümayəndələri - Milli İcmalar Şurasının və Azərbaycan icmasının sədri Mahir Qəmzəyev, Luçiya Bartkene və başqaları daxildir.
Aİ-nin xüsusi fondu tərəfindən maliyyələşdirilən “Milli azlıqların əmək bazarına inteqrasiyasının dəstəklənməsi mexanizminin yaradılması və sınaqdan keçirilməsi” layihəsi Avropanın EQUAL proqramı prioritetləri əsasında hazırlanmışdır. Layihə milli azlıqların nümayəndələrinin onların ixtisasına müvafiq iş tapmaları yolunda bütün maneələri aradan qaldırmağa kömək edən mexanizmin hazırlanması və sınaqdan keçirilməsi məqsədi daşıyır. Bu problemin həllində əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi əhəmiyyətli rol oynayır.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]