“Virtual məmləkətim” layihəsi gənclərin turizmə marağını artıracaqdır
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun tələbə gənclər təşkilatının dəstəyi ilə aprelin 5-dən 20-dək Bakıda “Virtual məmləkətim” adlı layihə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənclərin turizmə marağını artırmaq, onları respublikamızın turizm imkanlarının dünyaya tanıdılması üçün informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadəyə cəlb etməkdir.
Layihənin müəllifi Səma İsalının sözlərinə görə, 15 iştirakçıya ilkin olaraq bloq təlimləri keçirilir. Növbəti mərhələdə hər iştirakçı Azərbaycanın müxtəlif regionları haqqında xarici dillərdə bloqlar yaradaraq topladıqları məlumatları oraya yerləşdirəcəklər.
Sonda ən yaxşı üç bloq sahibi diplom və qiymətli hədiyyələrlə təltif olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]