Vladimir Putin: Rusiya sülh danışıqlarına hazırdır
Moskva, 22 noyabr, AZƏRTAC
Ankoricdə keçirilən görüş zamanı Rusiya tərəfi mövcud çətinliklərə baxmayaraq, Ukraynadakı vəziyyətin mümkün tənzimlənməsi ilə bağlı ABŞ-ın təklifləri ilə razılaşıb.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bəyan edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planı Alyaskadakı danışıqlardan əvvəl də müzakirə olunub və 28 bənddən ibarət sənəd şəklində təqdim edilib.
Rusiya lideri qeyd edib ki, Vaşinqton Moskvadan çeviklik göstərməyi və müəyyən kompromislərə getməyi xahiş edib. V. Putinin sözlərinə görə, modifikasiya olunmuş Amerika planı yekun tənzimlənmənin təməlinə çevrilə bilər.
Rusiya Prezidenti, həmçinin bildirib ki, ölkəsi sülh danışıqlarına hazırdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]