“VMware Aria Operations for Networks” məhsulunda kritik boşluq aşkarlanıb - Xəbərdarlıq
Bakı, 5 sentyabr, AZƏRTAC
“VMware Aria Operations for Networks” məhsulunda kritik boşluq aşkar olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, “Aria Operations for Networks” unikal kriptoqrafik açar generasiyasının olmaması autentifikasiyadan yan keçməyə səbəb olur. Şəbəkəyə girişi olan kiberdələduz “Aria Operations for Networks CLI”a daxil olmaq üçün “SSH” autentifikasiyasından yan keçə bilər.
Boşluqdan qorunmaq üçün istifadəçilərə məhsulu ən son versiyaya yeniləmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:58]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [17:37]