Voleybol üzrə yığmamızın Sloveniya komandası ilə görüşü bərabərə yekunlaşıb
Bakı, 10 avqust, AZƏRTAC
Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması ilk yoxlama matçını keçirib.
AZƏRTAC xəbər verir ki, Faiq Qarayevin yetirmələri Sloveniya millisi ilə qarşılaşıblar. Matç heç-heçə yekunlaşıb. İlk iki seti Sloveniya yığması qələbə qazansa da, növbəti iki hissədə komandamız üstün olub - 2:2 (23:25, 26:28, 25:20, 25:13).
Yoxlama oyunundan sonra yığmamızın hücumçusu Yana Kulan bildirib ki, görüş heç də asan alınmayıb: “Sloveniyanın çox yaxşı komandası var, onlar texnikalı voleybol oynayırlar və çox güclüdülər. Bizim üçün çətin bir sınaq oldu. Artıq növbəti matçlara hazırlaşacağıq”.
Qeyd edək ki, yığmamız Sloveniyada daha bir neçə sınaq matçı keçirəcək.
Daha sonra İtaliyaya gedəcək millimiz qitə çempionatına hazırlığı bu ölkədə başa çatdıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]
Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub
- 07.08.2026 [10:26]
Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək
- 07.08.2026 [02:09]
"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb
- 06.08.2026 [23:00]