“Volkswagen” 16 min 500 avtomobili ön hava yastığındakı qüsura görə geri çağırır
Berlin, 28 iyun, AZƏRTAC
“Volkswagen” şirkəti 16 min 500 avtomobili hava yastığındakı təhlükəli qüsura görə geri çağırır.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, qüsur daimi keyfiyyət yoxlamaları zamanı bir təchizatçının məlumatı əsasında aşkarlanıb və geri çağırılma profilaktik tədbir kimi həyata keçirilir. Hava yastığının qaz generatorundakı nasazlıq “Polo”, “Passat”, “Taigo”, “ID.7”, “ID.7 Tourer” və “ID.Buzz” modellərində aşkarlanıb. Şirkətin məlumatında qəzalar zamanı bu hissənin partlaması və tərkibindəki komponentlərin qoparaq sərnişinlərə ağır və ya ölümcül xəsarətlər yetirməsinin mümkünlüyü qeyd olunub.
Bu modellərin sahibləri şirkət tərəfindən məlumatlandırıldıqdan sonra rəsmi dilerlərlə əlaqə saxlayaraq avtomobillərini texniki baxışa aparmalıdırlar. Təmir prosesi zamanı ön hava yastığı deaktiv ediləcəyi bildirilib və ön sərnişin oturacağından istifadə edilməməsi tövsiyə olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]