Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bəşəri cinayətdir

Vüqar Rəhimzadə: Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bəşəri cinayətdir

Bakı, 14 dekabr, AZƏRTAC

Qırx dörd günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan, Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları bu sənədi dövlətimizin başçısı İlham Əliyev məsələnin həlli istiqamətində son nöqtə kimi dəyərləndirdi. Azərbaycan son iki ildə Bəyanatın müddəalarından irəli gələn bütün öhdəlikləri yerinə yetirsə də Ermənistanın bu öhdəlikləri kobud şəkildə pozması dünyanın gözü qarşısında baş verməkdədir. Azərbaycan bölgədə dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərdə yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanmasını təklif edib, bu istiqamətdə səylərini artırdığı halda, Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətləri, təxribatları, törətdiyi ekoloji terror ilə bu prosesin uzanmasında maraqlı olduğunu təsdiqləyir.

Bu günümüzün müzakirə mövzularından biri olan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda keçirdikləri etiraz aksiyası da bu kimi məqamlara aydınlıq gətirir. Belə ki, üç gündür davam edən bu aksiya Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir. Ekoloji terrorun aradan qaldırılması ilə bağlı aksiya keçirən vətəndaşlarımıza dəstəyin ifadəsi olaraq onlara qoşulanların sayı günbəgün artır. Məlum olduğu kimi, bu ilin 3 dekabr tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət heyət sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıb. “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, ətraf mühitə vurulan ziyanla bağlı potensial risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması tələb olunub. Əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu ərazilərə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib. Bu addımlar Azərbaycan xalqının kəskin etirazına səbəb olub.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, keçirilən aksiyanın əsas çağırışı Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarının dayandırılması, bütün təbii sərvətlərdən istifadənin Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməsidir: “Ermənilər 30 il işğal altında saxladıqları ərazilərimizdə təbiətə, bioloji müxtəlifliyə, flora və faunaya, su mənbələrinə, ümumilikdə bu yerlərin ekologiyasına ciddi zərər vurmuş, beynəlxalq ekoloji cinayət törətmişdilər. Müxtəlif nadir bitki və heyvan növləri məhv edilmişdir. Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir”.

Baş redaktor vurğulayıb ki, işğalçı Ermənistan yenə də xislətinə uyğun olaraq əsassız bəyanatları ilə beynəlxalq rəyi çaşdırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında həyasızcasına iddia edilir ki, Azərbaycan guya üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozaraq, Laçın yolunu bağlayıb. Halbuki əsl reallıq dünyanın gözü qarşısındadır. Başqa sözlə, reallıq ondan ibarətdir ki, bu yol azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Artıq aydın şəkildə görünən bu mənzərəni inkar etmək mümkün deyil ki, əllərində plakatlar və Azərbaycanın dövlət bayrağını tutan, sivil şüarlar səsləndirən dinc etirazçıların qarşısında silahlı Rusiya sülhməramlıları dayanıb. Etirazçılar “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarına buraxılmayınca oradan getmək fikrində olmadıqlarını bildirirlər.

Vüqar Rəhimzadə diqqəti üçtərəfli Bəyanatın müddəalarına yönəldərək bildirib ki, sənədin 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərindən tam çıxarılmadığı, 6-cı bəndin tələbləri kobud şəkildə pozularaq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunduğu, 9-cu bənddə tam aydınlığı ilə əksini tapan bölgədə bütün nəqliyyat yollarının və kommunikasiyaların açılmasına maneçilik törədildiyi Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib. Otuzillik işğal dövründə Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamasına göz yuman, imkan düşən kimi işğalçı dövlətə gizli və aşkar dəstək göstərən bəzi dünya gücləri 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa edərək Ermənistana və ona havadarlıq edənlərə tarix, hüquq dərsləri keçən Azərbaycanın sülh təklifinin reallaşması üçün Ermənistana nə üçün təsir göstərmirlər? Dünya gücləri Ermənistanın qanunsuz əməllərinə son qoyulması üçün nə üçün əməli fəaliyyətə keçmirlər? Görəsən bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunmasına xidmət edən sülh gündəliyinin müəllifi olaraq ölkəmizin çağırışları nə zaman bu gücləri sükutdan hərəkətə keçirəcək? Otuz il Azərbaycanın işğal altında olan torpaqlarının bütün təbii resurslarından istifadə edərək öz iqtisadi durumlarını yaxşılaşdıran ermənilərin postmünaqişə dövründə ekoloji terrorlarına nə zaman son qoyulacaq? Əgər dünya gücləri beynəlxalq hüququn işləməsində maraqlı deyillərsə, dövlətlərarası münasibətlərdə etimad mühitini yaratmaq və qorumaq üçün hansı yolları göstərirlər? Göründüyü kimi, suallar çoxdur. Azərbaycan dövləti istər işğal, istərsə də postmünaqişə dövründə bu suallara cavab tapmaq istəyib və bu gün də istəyir.

“Havadarlarının 30 illik dəstəyinin nəticəsində beynəlxalq hüququn mövcudluğundan xəbərsiz olan Ermənistanın Azərbaycanı bu norma və prinsipləri pozmaqda ittiham etməsi riyakarlıqdır. Otuz ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olan, XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsini törədən, üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq bu sənədin tələblərini kobud şəkildə pozaraq hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan işğalçı Ermənistandır. Hesab edirəm ki, işğalçı dövlətin rəhbərliyinin Azərbaycan əraziləri daxilində cərəyan edən hadisələrə verdiyi qeyri-ciddi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Ermənistanın ekoloji terror siyasətinin nəticələri barədə dünya ictimaiyyətinə mütəmadi məlumatlar verilir. Azərbaycan tərəfinin əsas tələbi və çağırışı budur ki, hazırkı dövrdə ermənilərin faydalı qazıntı yataqlarımızı qanunsuz istismar etmələrinə imkan verilməməlidir”, - deyən baş redaktor fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq