Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq

Vüqar Rəhimzadə: Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq

Bakı, 22 yanvar, AZƏRTAC

Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi kənd təsərrüfatının inkişafı həyata keçirilən iqtisadi siyasətdə əsas yer tutur. Ərzaq təhlükəsizliyinin təminatını stabil saxlamaq üçün bu günədək geniş miqyasda aparılan aqrar islahatların tətbiqində məqsəd əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının daxili mənbələr hesabına ödənilməsinə nail olmaqdır. Bunun üçün ölkədə əlverişli biznes mühiti yaradılır, sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir, iş adamlarının səmərəli fəaliyyəti üçün dövlətin maddi-mənəvi, hüquqi dəstəyi artırılır. Əhalinin dayanıqlı ərzaq məhsulları ilə təminatında maraqlı olan dövlət istehsalın artırılması üçün beynəlxalq səviyyədə özünü doğruldan təcrübələrin tətbiqinə səy göstərir. Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilməsi, həmçinin rayonlar üzrə ixtisaslaşmanın aparılması, bu və ya digər sahələrlə bağlı dövlət proqramlarının təsdiqlənməsi və uğurlu icrası da bu məqsədə xidmət edir. Prezident İlham Əliyevin sədrliyi ilə ayrı-ayrı kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşmış rayonlarda keçirilən müşavirələrdə qarşıya qoyulan məqsədlər də ölkədə əhalinin ərzaq tələbatının ödənilməsinə, idxaldan asılılığa son qoyulmasına xidmət edir. Dövlətimizin başçısı daim bu hədəfi açıqlayır ki, əsas məsələ Azərbaycan brendi ilə istehsal olunan məhsulların dünya bazarlarına çıxarılmasını təmin etməkdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsi ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

Sözügedən müşavirədə diqqətin qlobal bahalaşmanı şərtləndirən əsas amillərə yönəldildiyi qeyd edən Vüqar Rəhimzadə deyib: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, ötən ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Bir mühüm məqamı da nəzərə alaq ki, dünya iki ildən artıqdır koronavirus infeksiyasına qarşı mübarizə aparır. Mübarizənin ilk dövrünə nəzər salsaq əksər ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə belə mübarizənin hansı şəkildə aparılması ilə bağlı konkret ideya, təklif olmadığı üçün özünəqapanma hallarının baş verdiyini görürük. Bütün bunların nəticəsində dünya dövlətlərinin iqtisadiyyatında baş verən durğunluq diqqətdən kənarda qala bilməzdi. Bu amili düzgün dəyərləndirən Azərbaycan bu çətinliklərdən də öz uğurlu siyasəti ilə çıxmaq imkanlarına malik olduğunu nümayiş etdirdi. İqtisadi islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafına, o cümlədən sahibkarlıq subyektlərinə xüsusi diqqətin göstərilməsi bu problemlərin aradan qaldırılmasına geniş yol açdı. Amma bütün bunlara baxmayaraq, bu gün qlobal iqtisadiyyata inteqrasiya edən Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunmaqdadır. Hər zaman olduğu kimi, bu halların doğurduğu həyəcan təbili daim Azərbaycan hökuməti tərəfindən müəyyən qabaqlayıcı tədbirlərin görülməsi ilə cavablandırılır”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, statistik rəqəmlərə müraciət etsək 2019-2020-ci illərlə müqayisədə 2021-ci ildə dünya bazarlarında taxılın qiymətinin artdığını görərik: “Belə ki, 2021-ci ilin yanvarından dekabrınadək idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan 340 dollara qədər yüksəlib. Azərbaycanda orta illik inflyasiya 6,7 faiz, o cümlədən ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil edib. 2021-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 12 faiz olub. Ötən il ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin edilib. Təbii ki, bütün bu uğurlar yeni iqtisadi və sosial inkişaf modelinin təqdimatıdır. Həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayanması, ölkədə insan amilinə yüksək dəyər verilməsi ortaya çıxan hər hansı bir çətinliyin, problemin anındaca həlli istiqamətində davamlı addımların atılmasını şərtləndirir. Buna əmin olmaq üçün 2021-ci ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də bu kimi məqamlara aydınlıq gətirmişdir. Əsas hədəf dayanıqlı inkişafın təmin olunmasında şəffaflığın qorunması, ictimai nəzarətin gücləndirilməsidir. O da məlumdur ki, illərdir tətbiq olunan “tarladan süfrəyə” prinsipi əsasında ərzaq məhsulları istehsalı prosesinin bütün mərhələlərində keyfiyyətə nəzarət sistemi təkmilləşdirilir. Biznes mühitini yaxşılaşdırmaqla fermerlərin bazara çıxışına əngəl olan maneələr aradan qaldırılır. İnhisarçılıq hallarına qarşı mübarizə gücləndirilir. Eyni zamanda, rəqabətə davamlı məhsul istehsalının həcminin və keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş addımlar təkmilləşdirilir”.

“Bu gün ölkəmizin ərzaq təhlükəsizliyi və əhalinin ərzaq təminatı ilə bağlı əsas hədəfləri strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsi, taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin yüksəldilməsidir. Bu hədəf də açıqlanır ki, əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğu nəzərə alınaraq, ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olmalıdır”, - deyə V.Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri, həmçinin diqqəti süni qiymət artımının qarşısını almaq üçün görülən və görüləcək tədbirlərə yönəldib: “Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Nazirlər Kabinetinin müşavirəsində də qeyd olunduğu kimi, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni şəkildə artırılması hallarında inzibati tədbirlərdən istifadə olunmaqla möhtəkirlik hallarının qarşısı qətiyyətlə alınacaq, istehlak bazarına nəzarət gücləndiriləcək. Məhsulların qiymətlərinin formalaşmasında şəffaflığın təmin edilməsi üçün səylər daha da artırılacaq. Təcrübə göstərir ki, əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olacaq. Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanlardan, əkin sahələrindən məqsədli istifadə kimi məsələlər mövcud problemlərin həllinə öz müsbət təsirini göstərəcək. Eyni zamanda, iqtisadi rayonların yeni bölgüsü də qarşıdakı dövr üçün hədəflərə öz müsbət töhfəsini verəcək. Ümumilikdə bu fikri böyük inamla qeyd edə bilərik ki, Azərbaycan hər bir iqtisadi çətinliyi aradan qaldırmaq imkanlarına malikdir. Buna əsas verən möhkəm təməl üzərində dayanıqlı inkişafın təmin edilməsinə yönələn islahatlar prosesinin sürətləndirilməsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib

Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-dan çox təşkilat Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib