Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Azərbaycanın Açıq Büdcə İndeksi müstəqillik tarixində ən yüksək qiymətləndirilib

Vüsal Qasımlı: Azərbaycanın Açıq Büdcə İndeksi müstəqillik tarixində ən yüksək qiymətləndirilib

Bakı, 1 iyun, AZƏRTAC

“Beynəlxalq Büdcə Tərəfdaşlığı” tərəfindən Açıq Büdcə İndeksi üzrə dünya ölkələrinin 2021-ci ildə reytinqi açıqlanıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Açıq Büdcə İndeksinə dair AZƏRTAC-a eksklüziv müsahibə verib.

- İlk olaraq xahiş edirik yenicə açıqlanmış Açıq Büdcə İndeksi (ABİ) reytinqi üzrə Azərbaycanın mövqeləri barədə məlumat verərdiniz.

- Bu il may ayının 31-də “Beynəlxalq Büdcə Tərəfdaşlığı” təşkilatı tərəfindən Açıq Büdcə İndeksi üzrə dünya ölkələrinin 2021-ci ildəki reytinqi açıqlanıb. Azərbaycan müvafiq hesabatda 100 mümkün baldan 57 bal toplamaqla müstəqillik tarixi ərzində büdcə şəffaflığı göstəricisi üzrə ən yüksək nəticə ilə qiymətləndirilib. Azərbaycan son qiymətləndirmə sorğusunda öz nəticələrini öncəki sorğuya nəzərən 22 bal artırıb. Onu da qeyd edək ki, öncəki illər ərzində də Azərbaycan müvafiq reytinq üzrə bir sıra irəliləyişlərə nail olmuş və ölkənin mövqeyi 2006-cı ildəki 30 bal göstəricisindən 2015-ci ildə 51 bal səviyyəsinə çatıb. Ümumilikdə, Azərbaycan müvafiq reytinqin parametrləri üzrə dünya üzrə bir sıra orta göstəricilərdən irəlidədir.

- Bəs, Açıq Büdcə İndeksi (ABİ) hansı metodologiyaya əsaslanır və ölkənin büdcə sistemi üçün əhəmiyyəti nədən ibarətdir?

- ABİ “Beynəlxalq Büdcə Tərəfdaşlığı” adlı nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən ekspert sorğusu əsasında iki ildən bir tərtib olunan reytinqdir. Açıq Büdcə Sorğusunun üç əsas bölməsindən biri olan reytinq büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı göstəricilərinin ölkələr üzrə müqayisəsini aparır. Digər iki bölmə isə büdcə proseslərində ictimaiyyətin iştirak imkanları və rəsmi nəzarət orqanlarının (qanunverici hakimiyyət orqanı və ali audit qurumu daxil olmaqla) rolu və səmərəliliyi göstəriciləridir. Qeyd edək ki, Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanılıb və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak edir. Bu indeksin əhəmiyyət ondan ibarətdir ki, reytinqin tərtib olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ün prinsipləri kimi sənədlərə istinad olunur. Onu da qeyd edək ki, bu qiymətləndirmə çoxsaylı parametrlər üzrə müstəqil qiymətləndiricilər tərəfindən müəyyənləşdirilib və qurum tərəfindən yenidən baxışdan keçirilib.

- Azərbaycanın belə yüksək nəticələr əldə etməsi nə ilə bağlıdır?

- Ümumiyyətlə, bu dəfəki reytinq hesabatının bir xüsusi önəmi ondan ibarətdir ki, ilk dəfə olaraq, Azərbaycanda büdcə sistemi ilə bağlı bütün səkkiz sənədin ictimaiyyətə açıqlanması “Beynəlxalq Büdcə Tərəfdaşlığı” tərəfindən qeyd edilib. Əlavə olaraq, ilkin büdcə sənədləri, dövlət büdcəsinin icrasına dair yarımillik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq səviyyəsinin artırılması, həm də sənədlərin özlərinin ictimaiyyətə açıqlanması üzrə irəliləyişlərə nail olunub. Eyni zamanda, açıq büdcə sorğusunun nəticələri onu göstərir ki, büdcə məlumatlarının açıqlanması və əlçatanlığı ilə paralel olaraq, müvafiq qurumlar tərəfindən aparılan büdcə auditi prosedurları da kifayət qədər müsbət qiymətləndirilib. Belə ki, büdcə nəzarəti prosedurları üzrə ölkə ümumilikdə 100 üzərindən 63 balla, Hesablama Palatasının audit prosedurları isə 89 balla qiymətləndirilib ki, bu da dünya miqyasında xeyli yüksək göstərici hesab olunur.

- Azərbaycanın mövqeyi müvafiq reytinqdə hansı parametrlər əsasında qiymətləndirilmişdir?

- Açıq Büdcə Sorğusunun 2021-ci il üzrə nəticələri əsas və köməkçi suallar əsasında müəyyənləşib ki, müvafiq sualların da əksəriyyəti büdcə haqqında məlumatların ictimaiyyətə əlçatanlığının qiymətləndirilməsinə, yəni Açıq Büdcə İndeksinin hesablanmasına xidmət edib. Belə qiymətləndirmə 8 əsas büdcə sənədinin əhatəliliyinin və metodologiyada nəzərdə tutulmuş müddətlərdə dərc edilməsinin, o cümlədən rəsmi dövlət qurumlarının veb-səhifələrində yerləşdirilməsinin təhlili vasitəsilə aparılır. Qeyd olunan 8 əsas büdcə sənədi aşağıdakılardan ibarətdir: İlkin büdcə sənədi; İcra orqanının büdcə layihəsi; Təsdiq edilmiş büdcə; Vətəndaş büdcəsi; Dövlət büdcəsinin icrasına dair aylıq hesabat; Dövlət büdcəsinin icrasına dair yarımillik hesabat; Dövlət büdcəsinin icrası üzrə illik hesabat; Dövlət büdcəsinin icrasına dair audit hesabatı.

Onu da qeyd edək ki, büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı, yəni Açıq Büdcə İndeksi üzrə qiymətləndirmə meyarlarını təyin edən əsas parametrlər ildən ilə dəyişikliklərə məruz qalır və təkmilləşdirilir ki, ən çox dəyişikliklər də 2015-ci ildə edilib. 2017-ci ildə isə metodologiyaya müstəqil fiskal institutların yaradılması, ictimai iştirakçılıqla bağlı meyarların genişləndirilməsi və sair kimi dəyişikliklər əlavə edilib.

- Ümumiyyətlə, bu indeksə əsasən hansı ölkələr daha yüksək nəticələr göstərmişdir və Azərbaycan üçün daha hansı inkişaf perspektivləri mövcuddur?

- Hesabatda ənənəvi olaraq, ilk yerlərdə Şimali Avropa ölkələri və inkişaf etmiş digər böyük ölkələr yer alır. Nəzərə alsaq ki, müvafiq hesabatda da qeyd olunduğu kimi, bu göstəricilər, Azərbaycanın əldə etdiyi ən yüksək nəticələrdir və burada kəskin inkişaf trendləri mövcud olub, o zaman əlbəttə ki, burada mühüm gələcək inkişaf imkanlarının olduğunu da qeyd edə bilərik. Belə ki, mərhələ-mərhələ ölkənin göstəricilərinin müvafiq reytinqdə daha da artması, ictimai iştirakçılıq, büdcə auditi və kommunikasiyası kimi məsələlərdə ölkənin mövqeyinin yüksələcəyini görmək mümkündür. Bu templə davam edərsə, növbəti hesabat illərində Azərbaycanın bir çox inkişaf etmiş Avropa ölkələri, həmçinin “Böyük Yeddilik” ölkələrinin də yer aldığı 2-ci qrup ölkələrin səviyyəsinə çata biləcəyini proqnozlaşdıra da bilərik. Belə ki, Açıq Büdcə İndeksi metodologiyasına əsasən qeyd olunan göstəricilərə malik ölkələr yüksək büdcə açıqlığı olan ölkələr səviyyəsi hesab edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib

Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-dan çox təşkilat Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Ənənəvi əkindən süni intellektə: Aqrar sektorda yeni Dövlət Proqramı nə vəd edir? – ŞƏRH

“ACWA Power”: Texnologiyaların tətbiqi və insan kapitalının inkişafı enerji keçidində mühüm əhəmiyyət daşıyır

® “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

Əjdaha qayıqları yarışı və “Zongzi” əfsanəsi: ADU-da Çin festivalı barədə mühazirə oxunub

Mustafa Eleskandarani: Mərkəzi Asiya və Qafqazın Şərqlə Qərb arasında körpü rolu növbəti 5 ildə daha da güclənəcək

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

AzTU professoru Türkiyədə ustad dərsləri keçib

Türkiyənin Adana şəhərində Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən “Köhnə çamadanlar” filmi nümayiş etdirilib

Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

KOBİA rəsmisi: KOB-ların yaşıl transformasiyası məsələsinə sistemli yanaşma tətbiq edilməlidir

Cənubi Qafqazın hazırkı geosiyasi mərhələsinin üç əsas strateji xətti RƏY

Elnur Əliyev: KOB-ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib

Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Siyasi şərhçi: Azərbaycanın regional təhlükəsizlik gündəliyində təşəbbüskar rolu bir daha təsdiqlənir

KOBİA: KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil

Yaponiyada zəlzələ olub

CENL-nin növbəti illik iclası yekunlaşıb

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Tolerantlıq Evi ilə tanış olub

“Reuters”: Amerikalıların 38 faizi ölkənin daha 250 il mövcud olacağına şübhə edirlər

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır

“Sabah”ın sabiq futbolçusu: Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub VİDEO

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub VİDEO

Tramp və Zelenski Parisdə görüşüblər

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb

® İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək