Vyetnamlılar Ermənistanın atəşi nəticəsində Gəncədə həlak olanların xatirəsini yad edirlər
Pekin, 19 oktyabr, AZƏRTAC
Vyetnamlılar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin atəşə tutulması nəticəsində həlak olanların xatirəsini yad edirlər.
AZƏRTAC xəbər verir ki, sadə vyetnamlılar ölkəmizin Hanoydakı səfirliyinin qarşısına gül dəstələri və şamlar düzüblər.
Xatırladaq ki, oktyabrın 17-də gecə vaxtı Ermənistan silahlı qüvvələrinin növbəti müharibə cinayəti nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin