XALQ TEATRI 25 İLLİK YUBİLEYİNƏ HAZIRLAŞIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ötən illər ərzində rayonun mədəni həyatında fəal iştirak edən kollektiv maraqlı tamaşaları ilə rayon sakinlərinin rəğbətini qazanmışdır. Teatr Ü.Hacıbəyovun “Leyli və Məcnun”, S.M.Qənizadənin “Rəhmə gəl, mələyim”, Q.Hüseynovun “Nicat”, A.P.Çexovun “Ayı”, M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərlərinin tamaşaları ilə ayrı-ayrı kəndlərdə, hərbi hissələrdə olmuşdur.
Teatrın kollektivi gələn il 25 illik yubileyini qeyd edəcəkdir. Yubiley günlərində sənətsevərlərə Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]