Xanəndə Bəyimxanım Vəliyeva “Ulduz sayaraq” mahnısını yeni tərzdə ifa edib
Bakı, 1 mart, AZƏRTAC
Tanınmış xanəndə, Əməkdar artist Bəyimxanım Vəliyeva məşhur kamança ustası Mark Eliyahu ilə bilikdə Azərbaycanın böyük şairi Məmmədhüseyn Şəhriyarın “Ulduz sayaraq” şeirini yeni tərzdə ifa ediblər.
AZƏRTAC xəbər verir ki, sözügedən mahnının musiqisi Mark Eliyahu tərəfindən bəstələnib. 20 il öncə böyük kamança ustadı, Xalq artisti, mərhum Habil Əliyevin kamança ilə ifasına qulaq asan M.Eliyahu, bundan təsirlənərək Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança ifaçılığını öyrənməyə başlayır. O, bu günədək Habil Əliyev tərəfindən ona hədiyyə edilən kamançada ifa edir.
Qeyd edək ki, Mark Eliyahu yaxın gələcəkdə Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]