Xarici diplomatlar Laçın şəhərində görülən işlərlə tanış olublar
Laçın, 24 iyun, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçın şəhərində aparılan abadlıq, bərpa və quruculuq işləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, diplomatlar Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhərdə ümumilikdə 700 tikili bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur.
Xatırladaq ki, səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edir.