XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Vilayət Quliyev və Əbdülqafur Əbdürrəhmanov Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin və ikitərəfli əlaqələrin möhkəmlənməsi, səmərəli əməkdaşlığın bir çox sahələrdə davam etdirilməsi və genişlənməsinə dair fikir mübadiləsi aparmışlar.
Səfir Əbdülqafur Əbdürrəhmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana yaxın gələcəkdə nəzərdə tutulmuş rəsmi səfəri ilə əlaqədar bir sıra məsələləri nazirlə müzakirə etmiş və bu səfərin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına təkan verəcəyinə əmin olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]