Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Gəncədə səfərdədir
Gəncə, 26 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti “Nizami Gəncəvi İli” çərçivəsində Gəncə şəhərində səfərdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, “Nizami” muzeyi ilə tanış olub.
Qonaqlar məqbərənin önündə Gəncə Dövlət Dram Teatrı tərəfindən hazırlanan kompozisiyaya baxıblar.
Sonra nümayəndə heyəti Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində təşkil edilən I Gəncə Kitab Sərgisi ilə tanış olub.