XİN-in rəsmisi: Azərbaycanla Özbəkistan arasında fəal siyasi dialoq mövcuddur
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan-Özbəkistan münasibətlərində hər zaman müsbət dinamika müşahidə olunur. Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya şöbəsinin müdir müavini Zamin Əliyev avqustun 8-də Bakıda keçirilən “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda tədbirdə səsləndirib.
XİN-in rəsmisi iki ölkənin xarici işlər nazirlikləri arasında 150-dən çox sənəd imzalandığını bildirib. Strateji əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd edən Z.Əliyev Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında iqtisadi əməkdaşlığın, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin önəmini vurğulayıb.
O, ticarət dövriyyəsinin artırılmasının vacibliyini diqqətə çatdıraraq beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi istiqamətində birgə əməkdaşlıqdan bəhs edib. Türk İnvestisiya Fondunun əhəmiyyətini xüsusi vurğulayan XİN-in rəsmisi ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da müsbət dinamikada inkişaf edəcəyinə əminliyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]