Xızıda meşə və biçilmiş əkin sahələri yanır VİDEO
Xızı, 8 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 8-i günorta saatlarında Xızı rayonu ərazisində meşədə və biçilmiş əkin sahələrində yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür. Yanğının söndürülməsinə FHN-lə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli icra hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Hazırda yanğının nəzarətə götürüldüyü bildirilir.
Yanğın Xızı rayon mərkəzinə və Tıxlı kəndinə yaxın ərazidə qeydə alınıb.