Xızılı gənclərdən ordumuza dəstək fləşmobu
Xızı, 10 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xızıda ordumuza dəstək məqsədilə "Ayrılarmı könül candan" adlı fləşmob hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xızı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə keçirilən aksiyaya qoşulan gənclər hərbi formada şəkillər çəkdirərək ön cəbhədə döyüşən əsgərlərimizlə həmrəy olduqlarını nümayiş etdiriblər.
Aksiya iştirakçıları Ali Baş Komandanın yürütdüyü siyasəti dəstəklədiklərini və qüdrətli ordumuzun qalib gələcəyinə inamlarını ifadə ediblər.