XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ HİNDİSTANDA ANILMIŞDIR
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycanın Hindistandakı səfirliyindən bildirmişlər ki, fevralın 24-də Hindistanın Camia Millia İslamia Universiteti ilə birgə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı seminar və sərgi keçirilmişdir.
Universitet rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə erməni millətçiləri tərəfindən xüsusi vəhşiliklə törədilmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Dağlıq Qarabağın işğalı hələ də davam edir və bunun nəticəsi olaraq bir milyona yaxın insan ata-baba torpaqlarından didərgin düşmüşdür. Tədbir iştirakçılarına Azərbaycanın işğal altında olan torpaqlarında ermənilərin qədim abidələrimizi məhv etmələri və digər cinayətləri barədə geniş məlumat verilmişdir.
Sonra Xocalı soyqırımı haqqında sənədli film, videogörüntülər və fotosərgi nümayiş etdirilmişdir.
Yekun olaraq iştirakçılardan “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya liderlərinə ünvanlanacaq imzalar toplanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]