XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ SƏBAİL RAYONUNDA DA ANILMIŞDIR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Səbail Rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək bu rayonda məskunlaşmış 23 ailənin nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə çıxış edən Səbail rayonu İcra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və bu soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat vermişdir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə edilmişdir.
Tədbirdə çıxış edən Xocalı rayonu İcra hakimiyyəti başçısının Xocalı şəhəri üzrə nümayəndəsi Yavər Əzimov, məcburi köçkün Rəhman İsmayılov və başqaları dövlətimizin başçısının səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və onun tezliklə baş tutacağına əmin olduqlarını bildirmişlər.
Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra hakimiyyəti tərəfindən yardımlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]