XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Xocalı qırğınının 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilmiş, faciə qurbanlarının xatirəsi anılmışdır.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bədnam ermənilərin “böyük Ermənistan” yaratmaq xülyası ilə işğalçılıq siyasəti apardıqlarını bildirmişdir.
Erməni terrorizminin bəşəriyyət üçün böyük təhlükə olduğunu xatırladan nazir müavini, bunun qarşısının alınmasının zəruriliyini vurğulamışdır.
Xocalı soyqırımından bəhs edən natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin qəsbkar silahlı dəstələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə törətdiyi vəhşilikləri faktlarla nəzərə çatdırmışdır. Qeyd olunmuşdur ki, o müdhiş gecədə düşmən tərəfindən Xocalıda 613 nəfər, o cümlədən 106 qadın, 83 uşaq qəddarcasına qətlə yetirilmişdir.
Digər çıxış edənlər də mənfur ermənilərin törətdikləri qanlı cinayətlərdən, Xocalı qırğınının dəhşətlərindən bəhs etmişlər. Onlar düşmənin işğal altında saxladıqları torpaqlarımızın Prezident İlham Əliyevin apardığı siyasət sayəsində tezliklə azad olunacağına əmin olduqlarını vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]