XOCALI FACİƏSİNİN 18–Cİ İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı mərasim keçirilmişdir.
İnstitutun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləmişdir. O, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırmışdır.
Tədbirdə institutun əməkdaşlarından filologiya elmləri namizədi Cabbar Cəlilov, iqtisad elmləri namizədi Əkrəm Rəhimli, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və başqaları çıxış edərək, bu soyqırımının Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalılıların o dəhşətli gecədə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]