Xocalı faciəsinin ildönümü Bərdədə silsilə tədbirlərlə qeyd edilmişdir.
Bərdə, 25 fevral (AZƏRTAC). Xocalı faciəsinin 20-ci ildönümü Bərdədə silsilə tədbirlərlə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, idarə və təşkilatlarda, təhsil müəssisələrində, əmək kollektivlərində konfranslar, disputlar, xatirə gecələri, Xocalı hadisələrinin şahidləri ilə görüşlər keçirilmiş, sərgi və guşələr təşkil olunmuş, faciə qurbanlarının xatirəsi anılmışdır.
Fevralın 25-də faciənin ildönümü münasibətilə rayon mədəniyyət evində ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində faciənin acı nəticələrini əks etdirən sərgiyə baxmışlar. Sonra Xocalı faciəsindən bəhs edən sənədli film göstərilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev və Xocalıdan olan faciənin şahidləri 20 il əvvəl erməni hərbi qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş qətliamdan, o müdhiş gecənin dəhşətli anlarından danışmışlar.
Xocalıdan olan bir qrup şəhid ailəsinə və əlilə rayon icra hakimiyyəti tərəfindən yardım edilmişdir.
Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]