“Xocalı həqiqətləri və susan vicdanlar” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakıda “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı gənc alimlərin iştirakı ilə “Xocalı həqiqətləri və susan vicdanlar” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbiri açan qurumun sədri Məmmədəli Babaşlı qeyd etmişdir ki, XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı azərbaycanlıların milli mənsubiyyətinə görə xüsusi amansızlıq və qəddarlıqla kütləvi şəkildə qətlə yetirildiyi dəhşətli cinayətdir.
Digər çıxışlarda da soyqırımı qurbanlarının xatirəsi yad edilmiş, ermənilər tərəfindən törədilmiş Xocalı qətliamından və Azərbaycan torpaqlarının işğalından danışılmışdır.
Tədbirdə Xocalı soyqırımı həqiqətlərini əks etdirən videoçarx və fotoşəkillər nümayiş olunmuşdur.
Sonda Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması istiqamətində həyata keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılmışdır.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin müəllimləri, həmçinin QHT-lərin rəhbərləri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]