XOCALI SOYQIRIMI BƏŞƏR TARİXİNİN ƏN QANLI SƏHİFƏLƏRİNDƏN BİRİDİR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakıdakı Tahir Hacıyev adına 252 nömrəli orta məktəbdə Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Məktəbdə faciəni əks etdirən fotomateriallar və şagirdlərin çəkdiyi rəsmlər nümayiş etdirilmişdir.
Mərasim iştirakçıları Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Məktəbin direktoru Abbasqulu Quliyev şagirdlərə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı barədə ətraflı məlumat vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni cəlladlarının törətdikləri qanlı hadisələrdən bəhs edən natiq diqqətə çatdırmışdır ki, bu faciə zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir. Şəhər tamamilə yandırılaraq yerlə-yeksan edilmişdir.
Xocalı faciəsinin şahidi Mahir Şükürov və başqaları erməni millətçilərinin əsrlər boyu Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətlərdən, xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışlar.
Sonra şagirdlər faciə qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]