Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir
Tovuz, 25 fevral (AZƏRTAC). Tovuz Rayon Mədəniyyət Evində Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək XX əsrin sonlarında dünyanın super güclərindən biri hesab olunan sovetlər birliyinin çökməsinin özünəməxsus fəsadlarla müşayiət edildiyini bildirmişdir. Vurğulamışdır ki, ötən əsrin ən dəhşətli faciəsi kimi dəyərləndirilən Xocalı soyqırımı da həmin dövrdə baş vermişdir.
Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıya üç istiqamətdən hücum edərək soydaşlarımıza qarşı misli görünməmiş soyqırımı törətmişlər.
Mərasimdə belə bir fakt xüsusilə vurğulanmışdır ki, bu amansız bəşəri cinayətə ilk siyasi-hüquqi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir.
Çıxış edənlər Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirləri yüksək qiymətləndirmiş, yaxın gələcəkdə faciəyə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi-siyasi qiymət veriləcəyinə əminliklərini bildirmişlər.
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı Tovuz Xalq Teatrının hazırladığı “Söndürülən ocaqlar” ədəbi-bədii kompozisiyası təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]