XOCALI SOYQIRIMI İLƏ BAĞLI MƏLUMATLAR DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMALIDIR
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş sərgi açılmışdır.
Sərginin açılış mərasimində kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli, və başqaları çıxış edərək Ermənistanın işğalçılıq siyasətindən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərdən danışmışlar. Natiqlər diqqətə çatdırmışlar ki, soyqırımı nəticəsində yüzlərlə günahsız uşaq, qadın və qoca qanına qəltan edilmiş, girov götürülmüşdür.
Bu dəhşətli faciə barədə dünya xalqlarına daha ətraflı məlumatların çatdırılmasının vacibliyi vurğulanmışdır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar. Sərgidə erməni qəsbkarlarının zaman-zaman torpaqlarımızda törətdikləri qanlı cinayətlərdən bəhs edən müxtəlif dillərdə nəşr olunmuş 100-ə yaxın kitab, jurnal və fotomaterial nümayiş etdirilir. Həmin kitabların arasında “Xocalı faciəsi”, “Xocalıdan gələn səs”, “Ölümündən o yandakı Xocalı”, “Dağlıq Qarabağ həqiqətləri” və başqa əsərlər vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]