XOCALI SOYQIRIMI İLƏ BAĞLI “ODLAR YURDU” UNİVERSİTETİNDƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da “Odlar Yurdu” Universitetinin və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 18-ci ildönumu ilə bağlı konfrans keçirilmişdir.
Əvvəlcə, tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Milli Məclisin deputatı, universitetin rektoru Əhməd Vəliyev ermənilərin tarixən azərbaycanlılara qarşı həyata keçirdikləri terror aktları, etnik təmizləmə siyasəti və soyqırımı barədə ətraflı məlumat vermişdir. O demişdir ki, başımıza gətirilən müsibətləri, faciələri unutmamalıyıq.
Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında görülən işlər barədə məlumat vermiş, İKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Qarabağa azadlıq, Xocalıya ədalət” beynəlxalq kampaniyasının 100-dən artıq ölkədə baş tutduğunu bildirmiş, Azərbaycan həqiqətlərinin dünyada yayılmasında Heydər Əliyev Fondunun xidmətlərindən danışmışdır.
O, Almaniya Bundestaqı və İtaliya Senatının Dağlıq Qarabağla bağlı qəbul etdikləri qərarlardan, bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyini və Ermənistandan işğal altında olan torpaqlarımızın azad olunmasının tələb edildiyini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]