XOCALI SOYQIRIMI QAN YADDASIMIZDA ƏBƏDİ YAŞAYACAQDIR
Ağcabədi, 24 fevral (AZƏRTAC). Ağcabədi Pedaqoji Texnikumunda Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə tər çiçəklər düzmüşlər.
Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri Rahilə Şükürova və texnikumun müəllimləri çıxış edərək erməni silahlılarının keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələri barədə danışmışlar. Bildirilmişdir ki, həmin gün 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq xüsusi amansızlıqla qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış, 8 ailə tamamilə məhv edilmiş, 21 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Xocalı soyqırımının qan yaddaşımızda əbədi yaşayacağını vurğulayan natiqlər, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin tezliklə azad ediləcəyinə inandıqlarını bildirmişlər.
Tədbirdə tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş edilmiş, faciəyə həsr olunmuş film göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]