Xocalı soyqırımı qurbanlarının xatirəsi İzmirdə də yad olunub
Ankara, 29 fevral, AZƏRTAC
İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti və Türk Ocaqları İzmir Şöbəsi Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə İzmir ictimaiyyətin tanınmış nümayəndələri, burada yaşayan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti sədri Asif Qurban, Türk Ocaqları İzmir şöbəsinin başçısı Ömər Alpər Erdəm və başqaları çıxışlarında Xocalı soyqırımının səbəb, məqsəd və nəticələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumat veriblər.
Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti sədr müavini Cavid Əliyevin mövzu ətrafında məruzəsi dinlənilib.
Tədbirdə erməni vəhşiliklərini əks etdirən film nümayiş olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]