Xocalı soyqırımı XX əsrin ən böyük faciəsidir
Saatlı, 25 fevral (AZƏRTAC). Saatlı Rayon İcra Hakimiyyətində (RİH) Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 20 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmış, Xocalı soyqırımını XX əsrin ən böyük faciəsi adlandırmışdır.
Tədbir “Azərbaycanlıların soyqırımı” abidəsi önündə davam etmişdir. Burada Xocalı faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Elə həmin gün RİH başçısı Siraqəddin Cabbarov rayonda məskunlaşmış 7 Xocalı ailəsinin üzvləri ilə görüşərək onların problemləri ilə maraqlanmışdır. Görüşdə Xocalıdan olan ailələrə maddi yardımlar edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]