XOCALI SOYQIRIMININ DƏHŞƏTLƏRİ YADDAŞIMIZDAN SİLİNMƏYƏCƏKDİR
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Əvvəlcə Xocalıya həsr olunmuş film nümayiş etdirilmişdir.
ADPU-nun rektoru, Azərbaycan Milli Elmər Akademiyasının müxbir üzvü Yusif Məmmədov bildirmişdir ki, mərasim universitetdə və eləcə də respublikamızda təhsil alan xarici ölkələrdən olan tələbələrlə birlikdə keçirilir.
Qeyd olunmuşdur ki, fevralın 18-dən etibarən ADPU-da Xocalı soyqırımına həsr olunmuş anma mərasimləri, soyqırımın şahidi olan insanlarla görüşlər keçirilmiş, xüsusi bülletenlər hazırlanmış, guşələr yaradılmış, müzakirələr aparılmışdır. Universitetin tələbə gənclər təşkilatı kompyuter mərkəzi ilə birgə internet saytına Xocalı soyqırımını əks etdirən materiallar da daxil etmişdir.
Erməni terrorizminin bəşəriyyət üçün təhlükəli bəla olduğunu qeyd edən Y.Məmmədov, fevralın 26-da ADPU-nun bütün fakültələrində ilk dərslərin Xocalı soyqırımına həsr ediləcəyini də diqqətə çatdırmışdır.
Türkiyənin Bakıdakı səfirliyinin təhsil müşaviri Halis Koyuçuoğlu, gənclər və idman nazirinin müavini İntiqam Babayev Xocalı qırğınının qan yaddaşımıza əbədi həkk olunduğunu, haqq və ədalətin gec-tez qalib gələcəyini bildirmiş, gəncləri tariximizin bu qanlı səhifəsini unutmamağa çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]