Azərbaycan Dövlət İnformasiya Agentliyi

XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİNİN RƏİSİ, GENERAL-POLKOVNİK VAQİF AXUNDOVUN ÇIXIŞI

-Möhtərəm Prezident, cənab Ali baş komandan!

2005-ci il oktyabr ayının 5-də Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi şəhərciyinin açılış mərasimində şəxsi heyətlə görüş zamanı Siz demişdiniz: “Azərbaycan tarixinin ən çətin anlarında, 1994-1995-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndər Heydər Əliyevi qorudu, onun mühafizəsini təmin etdi və beləliklə, Azərbaycan dövlətçiliyinin müstəqilliyini qorudu”. Bu, xidmətimizin hər bir hərbi qulluqçusu üçün ən yüksək qiymətdir və hər birimizi ötən iki il ərzində daha əzmlə çalışmağa, öz vəzifə borclarına daha məsuliyyətlə yanaşmağa, döyüş tapşırıqlarını layiqincə yerinə yetirməyə ruhlandırmışdır.

Birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən müddət ərzində Azərbaycan Respublikası Prezidentinin və dövlət mühafizəsi obyektlərinin, mühafizə olunan obyektlərin, Azərbaycanda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyini təmin etmiş, baş verə biləcək terror və təxribat hallarının qarşısını almaq istiqamətində zəruri tədbirlər hazırlayıb həyata keçirmişdir.

Bununla yanaşı, son iki ildə Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin yerinə yetirdiyi vəzifələrin əhatə dairəsi genişlənmişdir. 2006-cı ilin sentyabr ayında hərbi şəhərcikdə tikilərək, şəxsi heyətin istifadəsinə verilən müasir elektron hədəf qurğuları olan 25 metrlik qapalı tirin yanında cari ilin may ayında beşmərtəbəli yeni inzibati bina inşa edilərək, xidmətimizin müvafiq idarə və şöbələrinə təhvil verilmişdir. Binanın bir mərtəbəsində yeni yaradılan kompleks tədqiqatlar şöbəsi yerləşdirilmişdir. Şöbənin tərkibində ən müasir tələblərə cavab verən cihaz və avadanlıq quraşdırılmışdır.

Xidmətimiz respublikada rabitə və informasiya texnologiyaları sahəsində öz yerini tapmış ən yeni texnologiyaları tətbiq edərək, dövlət orqanları üçün telekommunikasiya sistemləri yaratmışdır. Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən dövlət orqanları üçün operativlik və təhlükəsizlik tələblərinə cavab verən TETRA rabitə sistemi yaradılmışdır. 2007-ci ildə TETRA sistemi ixrac neft və qaz boru kəmərləri boyunca genişləndirilmişdir. Hazırda Xüsusi Dövlət Mühafizə Xidmətinin, milli təhlükəsizlik, daxili işlər, fövqəladə hallar nazirliklərinin müvafiq strukturlarının və Dövlət Gömrük Komitəsinin operativ radiorabitə əlaqəsi TETRA sistemi üzərində qurulmuşdur.

Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsinə dair tədbirlər haqqında Sizin Fərmanınızla üzərimizə qoyduğunuz vəzifələrin yerinə yetirilməsi məqsədi ilə Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təhlükəsizlik tələblərinə cavab verən “Azstatenet” internet şəbəkəsi yaradılmış, yüzdən artıq dövlət orqanı bu şəbəkəyə qoşulmuşdur. Şəbəkənin kibernetik hücumlardan müdafiə edilməsi üçün müasir avadanlıq və proqram təminatı alınmışdır və hazırda quraşdırma işləri aparılır.

2007-ci ilin sentyabr ayında xidmətimiz tərəfindən Cənubi Qafqaz ixrac qaz boru kəmərinin Azərbaycanın quru ərazisindən keçən 443 kilometrlik hissəsi mühafizəyə götürülmüşdür. Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz boru kəmərlərinin mühafizəsinin etibarlılığını yüksəltmək məqsədi ilə yeni 9-cu şöbə - Yevlax regional şöbəsi yaradılmışdır.

Şəxsi heyətin sosial problemlərini həll etmək məqsədi ilə Bakı şəhərinin Yasamal rayonu ərazisində büdcə vəsaiti hesabına 60 mənzil, hərbi qulluqçuların şəxsi vəsaiti hesabına 72 mənzil inşa edilərək istifadəyə verilmişdir.

Möhtərəm Prezident, sadaladığım bütün bu işlər yalnız Sizin daimi diqqət və qayğınız sayəsində görülmüşdür. Sizin birbaşa göstərişinizlə 2006-cı ilin sentyabr ayından Xüsusi Dövlət Mühafizə Xidmətinə müasir tələblərə cavab verən təlim-tədris mərkəzi yaratmaq üçün Qaradağ rayonunun “Üçtəpə” ərazisində 200 hektar torpaq sahəsi və bunun üçün maliyyə vəsaiti ayrılmışdır. Keçən ilin sentyabr ayının 10-da gördüyünüz bu ərazidə tikinti-inşaat işlərinə başlanılmış və bu gün onun istismara hazır olması barədə Sizə məruzə edirəm.

Həmin tədris mərkəzi hərbi qulluqçularımızın döyüş hazırlığının təşkili və həyata keçirilməsi üçün ən müasir tələblərə cavab verən zəruri avadanlıqla təchiz olunmuşdur. Burada eyni vaxtda 280 nəfər zabit və gizirlə, 180 nəfər əsgərlə hərbi təlimlər keçirilə bilər. Bu məqsədlə təlim-tədris mərkəzində 100 metrlik və 500 metrlik atış meydanları, respublikada və ümumən regionda ilk dəfə inşa edilmiş interaktiv atıcılıq tiri, 13 tədris sinfi, kompyuter sinfi, müəllimlər üçün otaqlar, konfrans salonu istifadəyə verilmişdir. Müəllim-zabit və müddətdən artıq hərbi xidmət qulluqçularının yaşaması üçün 150 nəfərlik zabit yataqxanası, müddətli hərbi xidmət qulluqçuları üçün 190 yerlik əsgər yataqxanası inşa edilmişdir. Mərkəzdə 120 yerlik zabit və 190 yerlik əsgər yeməkxanaları, camaşırxana, hamam, qazanxana tikilmiş və digər infrastruktur obyektləri yaradılmışdır.

Təlim-tədris mərkəzində ümumhərbi hazırlıq keçmiş gənc əsgərlər hərbi andı ulu öndərimiz Heydər Əliyevin heykəli önündə qəbul edəcəklər. Qərargah binasında yaradılmış Heydər Əliyev muzeyi hərbi qulluqçularımızın dövlətə sədaqət ruhunda tərbiyə edilməsində əvəzsiz rol oynayacaqdır.

Gələcəkdə təlim-tədris mərkəzində şəxsi mühafizə və xüsusi təyinatlı bölmələrimizin xüsusi taktiki hazırlığının təşkili üzrə zolaqların, psixoloji və dağ şəraiti üçün hazırlığı üzrə qurğuların, maneəli avtomobil zolaqlarının, kinoloji xidmətin və s. bu kimi təlim və digər təyinatlı obyektlərin inşası nəzərdə tutulur.

Cənab Ali baş komandan!

Bu gün Xüsusi Dövlət Mühafizə Xidməti yüksək döyüş qabiliyyətinə malik, respublika Prezidenti tərəfindən verilən tapşırıqları hər an yerinə yetirməyə qadir olan böyük hərbi bir qurumdur. Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti qan hesabına əldə edilmiş müstəqilliyi uca tutaraq, dövlətçiliyin və xalq tərəfindən seçilmiş Prezidentin etibarlı mühafizəsini özünün müqəddəs vəzifəsi hesab edir. Sizi qürur hissi ilə əmin edirəm ki, xalqın və Vətənin, dövlətçiliyimizin müdafiəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti respublika Prezidentinə etibarlı dayaq qüvvəsi olub və bundan sonra da olacaqdır.

Möhtərəm Prezident, məruzə bitdi.

                                                                             X X X

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev mərasimdə çıxış etdi. 

                                                                             X X X

Sonra elan edildi ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları üçün 2007-ci ilə 10 mərtəbəli yeni yaşayış binası tikilmişdir. Bununla da 100-dən artıq hərbi qulluqçuya öz mənzil şəraitini yaxşılaşdırmaq nəsib olmuşdur. Eyni zamanda, XDMX-nin xidmətdə xüsusi fərqlənmiş bir qrup hərbi qulluqçusu Ali baş komandan tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Prezident İlham Əliyev XDMX-nin bir qrup hərbi qulluqçusuna mənzillərin orderlərini və xidmətdə xüsusilə fərqlənənlərə qiymətli hədiyyələr təqdim etdi.

Sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti təntənəli hərbi marşın sədaları altında tribunanın qarşısından keçdilər.

Azərbaycan Prezidenti İlham Əliyev şəxsi heyətlə sağollaşdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir