Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev və Xidmətin digər əməkdaşları Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a XRİTDX-nin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi yad edilib, məzarları önünə gül dəstələri düzülüb.
Allah şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun.