XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün yekununa dair birgə bəyanat imzalanıb
İstanbul, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva ilə “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə oktyabrın 7 və 8-də İstanbulda keçirilən XXIII Avrasiya İqtisadi Zirvə Görüşünün yekunu olaraq tədbir iştirakçıları tərəfindən imzalanan birgə bəyanat Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılması məqsədilə baş konsula təqdim edilib.
Baş konsulluqda keçirilən görüşdə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım və digərləri iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul