Yağışla əlaqədar metroda qatarların depodan xəttə çıxarılması ilə bağlı problem yaşanmayıb
Bakı, 17 iyul, AZƏRTAC
Bakı Metropolitenində qısamüddətli güclü yağışla əlaqədar əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb. Bu xüsusda stansiyaların metropolitenin texniki zonasına şamil olunan və açıq havada yerləşən bütün sahələri, həmçinin keçidlər və girişlər nəzarətə götürülüb, sərnişinlərin rahat və maneəsiz hərəkət etməsi təmin olunub.
AZƏRTAC xəbər verir ki, aparılan monitorinqlərlə ötən vaxt ərzində hər hansı problemin olmadığı müəyyənləşdirilib. Qatarların depodan xəttə verilməsi ilə bağlı problemlər yaşanmayıb.
Gün ərzində nəzarət davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]