Yanvar ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
Bakı, 1 mart, AZƏRTAC
Bu il yanvarın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 602,9 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 485,6 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, sektorun balans kapitalı 4 milyard 117,3 milyon manat olub. Yanvarda bank sektorunun aktivləri 0,3 faiz (100,4 milyon manat), öhdəlikləri 0,2 faiz (55 milyon manat), balans kapitalı isə 1,1 faiz (45,4 milyon manat) artıb. Bankların kredit portfeli 12 milyard 541 milyon manat təşkil edib.
Ötən ay fiziki şəxslərin əmanətləri 7 milyard 980,7 milyon manat təşkil edib. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan müddətli əmanətlər 0,4 faiz (21,1 milyon manat) artaraq 5 milyard 500,1 milyon manat olub. Yanvarda bankların əməliyyat mənfəəti 78,2 milyon manat, xalis mənfəəti isə 42,6 milyon manat təşkil edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2510 olub. Bank sektorunun işçi heyətinin sayında artım yanvarda da davam edib. Belə ki, ilin ilk ayında işçi sayı 1 faiz (173 nəfər) artaraq 17 min 588 nəfər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]