YAP Balakən rayon təşkilatının könüllüləri tənha və ahıl insanlara gigiyenik vasitələr çatdırıblar
Balakən, 27 mart, Mustafa Dadaşov, AZƏRTAC
Balakənli gənclər Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə başlanan "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı sosial layihəyə fəal qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Balakən rayon təşkilatının könüllüləri aksiya çərçivəsində köməyə ehtiyacı olan tənha, yaşlı, ahıl insanların evlərinə baş çəkiblər. Gənclər vətəndaşlara koronavirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırıb, xəstəlikdən qorunma üsullarını izah ediblər.
Sakinlər bu nəcib aksiyaya görə gənclərə minnətdarlıqlarını bildiriblər.
Aksiya çərçivəsində tədbirlər növbəti günlərdə də davam etdiriləcək.