YAP BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının birgə təşəbbüsü ilə Şəki, Qax, Zaqatala və Balakən rayonlarında dekabrın 17-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar namizədliyi partiya tərəfindən və fərdi qaydada irəli sürülən YAP üzvləri üçün seminarlar təşkil olunmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, partiyanın Siyasi Şurasının üzvü, deputat Mirkazım Kazımov, rayon təşkilatlarının rəhbərləri seminarlarda çıxış edərək, növbəti bələdiyyə seçkilərində layiqli qələbə qazanmaq üçün partiyanın xüsusi fəaliyyət proqramı barədə məlumat vermiş, seçkiqabağı təbliğat və təşviqat işinin təşkili ilə bağlı tövsiyələrini bildirmişlər. Bələdiyyələrin beş illik fəaliyyətini təhlil edən natiqlər yerli özünüidarəetmə orqanlarının təşəkkül tapmasını respublikamızda həyata keçirilən demokratik proseslərin məntiqi nəticəsi və bəhrəsi kimi dəyərləndirmiş, YAP-ın rayon təşkilatlarının irəli sürdüyü namizədlər arasında qadınların və gənclərin sayının artdığını müsbət qiymətləndirmişlər.
Seminarlarda xüsusi vurğulanmışdır ki, YAP-ın Mərkəzi Aparatı və onun rayon təşkilatları ötən il keçirilən prezident seçkilərində olduğu kimi, bu mühüm ictimai-siyasi kampaniyada da fəal iştirak etməklə, öz mütəşəkkilliklərini və ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq qaldıqlarını bir daha nümayiş etdirmək əzmindədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]